Çin Xalq Respublikasının vergi sistemi barədə bilmədiklərimiz (3-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

ÇXR vergi sistemiÇXR vergi sistemi barədə bilmədiklərimiz (3-cü hissə)


Uşaqlara görə vergi

Məlum olduğu kimi ÇXR dünyanın ən çox əhalisi olan ölkəsidir. Əhali sayını tənzimləməkdən ötrü hələ 1979-cu ildə dövlət tərəfindən qərar qəbul olunmuşdu. Həmin qanuna görə Çin cütlüklərinə bir övladdan çox dünyaya uşaq gətirmək qadağan olunmuşdu. Beləliklə, hökumət bu qanunla dövlətin demoqrafik vəziyyətini hələ o zamanlardan tənzimləməyə cəhd göstərmişdi. Təbii ki, ÇXR-dan olan rezidentlər bu tədbiri müsbət qarşılamamışdılar. Onların bəziləri qanuna uyub, bir övladla kifayətlənməyi qəbul etsələr də, bir qismi həmin qanuna riayət etmirdi. Həmin qanunun tələbini pozan (ikinci uşağın dünya gəlməsinə görə) ailələr cərimə ödəməli olurdular.

Üstündən illər keçdikdən sonra çinlilərin reaksiyasını təhlil edən ölkə hökuməti nəhayət ki, nəticə çıxara bildi və başa düşdü ki, 1979-cu ildə qəbul edilən məlum qanun əhalinin istək və arzularını çox məhdudlaşdırır. Qanuna bir sıra əlavlər edildi. Hazırda ÇXR-də ailələrə iki uşaq dünyaya gətirməyə icazə verilir. Bununla yanaşı, üçüncü övlad istəyən ailələr isə buna görə 3 500 dollar cərimə ödəməli olurlar. Qeyd etmək lazımdır ki, “razılıq” verilmiş sayda dünyaya uşaq gətirən cütlüklərin nikahda olub-olmaması, nəzərə alınmır. İkinci övladı dünyaya gətirməkdən ötrü mövcud olan yeganə vacib şərt ondan ibarətdir ki, həmin valideynlərin özləri də vaxtilə ailənin yeganə uşağı olublar. Misal üçün, əgər ailədə iki böyük uşaq varsa, onlardan hər biri evlənib ailə qurduqdan sonra yalnız bir uşaq dünyaya gətirə bilərlər. Bu qaydanı pozan yuxarıda göstərdiyimiz məbləğdə cərimə ödəməli olurlar.

Həmçinin bax: Dünya ölkələrində vergi rejimi

Nəqliyyat vergisi

Nəqliyyat vergisi nəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilir. Vergi dərəcəsi nəqliyyat vasitəsinin növündən (sərnişin, yük və ya xüsusi nəqliyyat vasitəsi, motosikllər, kənd təsərrüfatı təyinatlı nəqliyyat vasitələri; su gəmiləri, yaxtalar) asılı olaraq təyin edilir.

Avtomobil nəqliyyatının əldə olunmasına görə vergi

Bu vergi yeni avtonəqliyyat vasitəsi alınarkən (ikinci əl avtomobillərə görə vergi tutulmur) tutulur. Vergi dərəcəsi avtomobilin dəyərinin 10%-ni təşkil edir.

Daşınmaz əmlaka görə vergi

ÇXR-də əmlak vergisini şəhər yerlərində bina, tikili, inşaat obyekti  sahibləri və bunlardan sahibkarlıq məqsədilə istifadə edən iş adamları ödəyirlər. Bəzi regionlarda (Şanxay, Tsunsin) eksperimental qaydada islahat həyata keçirilir, hansı ki, həmin islahat çərçivəsində yaşayış fondlarının bir hissəsi belə vergiyə cəlb olunub. Əmlaka görə vergi bazası kimi regiondan asılı olaraq, əmlakın dəyəri hesablanır. Əgər, əmlak icarəyə verilirsə, onda vergi bazası olaraq icarə ödənişləri əsas götürülür. Əmlaka görə ödənilən vergi dərəcəsi  1,2%, icarə ödənişlərinə görə isə 12% təşkil edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Torpağın qiymətinin yüksəlməsinə görə vergi

Bu vergi dövlət mülkiyyətində olan torpaq sahələrindən istifadə hüququnun təşkilat və ya fiziki şəxslərə verilməsi zamanı onun qiyməti yüksəldikcə ödənilən vergidir. Burada vergi bazası kimi torpaq sahəsindən istifadə hüququ əldə edilərkən, gəlirlər arasındakı fərq və xərclər nəzərə alınmaqla hesablanır. Bu zaman vergi dərəcəsi 30%-dən 60%-dək təşkil edə bilər.

Şəhər torpaqlarından istifadəyə görə vergi

Şəhər torpaqlarından istifadəyə görə vergi şəhərlərdəki torpaq sahələrindən istifadə etmək hüququ əldə etmiş şəxslər tərəfindən ödənilir. Vergi dərəcəsi hər kv metrə görə 0,6- 30 yuan renminbi təşkil edir.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email