Çörəyin qiymətində dəyişiklik gözlənilirmi?

posted in: Xəbər | 0
birbank biznes

Çörəyin qiymətində dəyişiklik gözlənilirmi?


“İdxalda və daxili istehsalda payı 35%-dən yuxarı olan idxalçı və istehsalçıların hamısı nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan dəyişə bilməz”.

Bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev çörəyin qiymətinin artması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Nazir əlavə edib ki, bu baxımdan süni qiymət artımına yol verilmir: “Elə sahələr var ki, burada hökmran mövqeyə malik idxalçılar və istehsalçılar yoxdur. Belə olan hallarda qiymətləri bazar tənzimləyir. Konkret olaraq çörəklə bağlı danışsaq, bilirsiniz ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir. İdxal etdiyimiz ölkələrdə buğda bir qədər bahalaşır.

Təbii olaraq, bu, Azərbaycanda hiss oluna bilər. Amma hökumət də zəruri tədbirlər görür. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlar, həm də ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin, hesablamalar aparılır. Bu gün sahibkarlar tərəfindən çörəyin qiymətində dəyişiklik gözlənilmir. Lazım olan hallarda əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email