Dələduz mühasibdən 22.000 manat ziyan

Kalininqrad vilayətindəki təhsil müəssisələrinin birində yeyinti faktı aşkarlanıb.

Kalininqrad vilayətinin polis orqanları təhsil müəssisələrinin birində mühasib kimi çalışan şəxsin pul vəsaitlərinin oğurlanmasında əli olduğunu aşkar edib.

Rusiya DİN-nin vilayət üzrə polis orqanının korrupsiyaya qarşı mübarizə idarəsi, həmin təhsil müəssisəsinin 45 yaşlı keçmiş baş mühasibinin bu cinayətdə əli olduğunu müəyyən edib. Polislər sabiq mühasibin qeyri-qanuni əməlləri ilə bağlı 3 fakt üzrə sübutlar toplayıblar.

İlkin dəlillərə görə dələduz, bütün 2015-ci il ərzində maliyyə sənədlərini saxtalaşdırıb, guya müəssisənin ehtiyaclarından ötrü materiallar alınması adıyla orada yalan məlumatlar göstərib. Onun qanunazidd fəaliyyəti nəticəsində müəssisəyə 738 000 rubl (22.000 manat) məbləğində ziyan dəyib.

Hazırda onun barəsində RF CM-nin 159-cu maddəsinin 3-cü hissəsilə (“Dələduzluq”)  cinayət işi qaldırlıb. Bu maddənin sanksiyası 6 il müddətinə qədər azadlıqdan məhrumetmə cəzası və səksən min rubl məbləğində cərimə nəzərdə tutur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *