Daşınmaz əmlakın icbari, amma məhdud təminatlı sığortası

posted in: Xəbər | 0
birbank biznes

Məlum olduğu kimi bəzi qeyri-dəqiq formada yayılan məlumatlardan sonra əmlak sahibləri hər 20 gündən bir “cərimə” olunmamaq üçün (halbuki cərimənin tətbiqi mexanizmi aktual deyil) 2020-ci ilin yanvar ayına kimi əmlakını sığorta etdirməyə başladı.

Nəzərə alsaq ki, sığorta şirkətlərinin başlıca vəzifəsi yaddaş vərəqi verməklə sığortalını müqavilə üzrə maarifləndirmək olsa da, bəzən sığorta vasitəçiləri vasitəsilə bağlanan müqavilədə yaddaş vərəqəsinin verilməməsi və ya bu sığorta növü üzrə maarifləndirilməmə hallarının da şahidi oluruq.

Bu səbəbdən də daşınmaz əmlakın icbari sığortası üzrə aşağıdakı başlıca məsələləri qeyd etməyi vacib bilirik.

Daşınmaz əmlakın icbari sığortasında

  • Yaşayış evləri və mənzillər öz dəyərində yox, maksimum Bakı şəhəri üzrə 25 min manat məbləğində sığortatəminatı alır. Bu isə o deməkdir ki, əmlak tamamilə məhv olsa belə yalnız müqavilədə göstərilən məbləği ala biləcəksiniz.
  • Sizin daşınmaz əmlakınıza dəymiş zərər ödəniləcək. Daha dəqiq desək, qapı, pəncərə, mala, suvaq işləri, döşəmə, tavan, divar və kommunal təchizata dəyən zərər ödənilsə də, aşağı qonşuya dəyən zərər, evdəki daşınar əşyalara dəyən zərərlər ödənilmir.
  • Bu növ üzrə heç də bütün hallar təminata daxil deyil. Misal: yer sürüşməsi halında zərər ödənilməli olduğu halda, torpaq çökməsi halı təminata daxil deyil.
  • Tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan əmlaklar sığortalana bilməz.
  • Cərimə yaşayış evi və mənzillərə münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən tətbiq edilir.
  • Qeyri-yaşayış sahələrinə münasibətdə cəriməni Fövqəladə Hallar Nazirliyi tətbiq edir.
  • Cərimə əmlakın mülkiyyətçisinə və ya faktiki olaraq qanuni sahiblik edən şəxsə tətbiq edilir.
  • Əgər ipoteka ilə əmlak alıb, bu əmlakı könüllü qaydada sığortalamısınızsa da, icbari sığortanın olması yenə də vacib olacaq.
  • Ünvanlı dövlət sosial yardımı alanların sığorta haqqı dövlət tərəfindən ödənilir.(ətraflı blog yazımızda oxuya bilərsiniz)
  • Əmlakınızı sığortalayacağınız şirkəti Siz seçə bilərsiniz. Hansısa şirkət mütləq bizdə sığorta etdirməlisiniz deyə bilməz.
  • Siz də əmlakınızı icbari qaydada sığortalatmaq istəyirsinizsə, yaddan çıxarmayın ki, Sizə yalnız sığorta şəhadətnaməsi veriləcək.
  • Həmçinin müqavilənin mövcud olmağını şəhadətnaməni almaqla deyil, isb.az saytında şəhadətnamə nömrəsini yazmaqla öyrənmək mümkündür.

Bu səbəbdən də əmlakınızı sığortalatmazdan əvvəl bu yazıdan faydalanmağınız məsləhətdir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email