Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?

posted in: Xəbər | 1
birbank biznes

fiziki şəxsin vergi öhdəliyi, vergi öhdəliyi, əmlak, vergi, Əmlakını satanlar, fiziki, emlak vergisi, daşınmaz əmlak bazar, əmlak vergisi,Sual: ƏDV ödəyicisi olan MMC 2020-ci ilədək gələcəkdə satış məqsədilə 100 ədəd daşınmaz əmlaka (yaşayış və qeyri-yaşayış) investisiya yatırmışdır. Nəzərinizə çatdırım ki, bu əmlaklar alınan zaman notarius tərəfindən sadələşdirilmiş vergi tutulub dövlət büdcəsinə ödənilmişdir. Yəni əmlakın dəyərinə bu vergilər də daxil edilmişdir.

2020-ci ildə bu əmlaklar satılarkən hansı vergilərə cəlb olunacaq? Əgər ƏDV hesablanarsa, bu əmlakın dəyərini əhəmiyyətli dərəcədə yüksəldəcək və MMC nəinki qazanc götürəcək, hətta bu əməliyyatlardan zərər edəcəkdir.

Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən  mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsi, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələr.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Gülnarə Ələkbərova
    |

    Cavab olaraq açıqlama verdiyiniz məsələ üzrə qeyd etdiyiniz istinad maddələrin ( Vergi məcəlləsinin 104.1;159.1;218.4.3)heç biri hüquqi şəxsin mülkiyyətində olan yaşayış və qeyri yaşayış sahəsinin satışı zamanı ƏDV cəlb olunması məsələsini təsdiq etmir.Ola bilsin texniki səhfdir. xahiş edirəm açıqlama verəsiniz.