Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə növbəti hazırlıq kurslarını təşkil edir.
Ölkəmizdə uğurla həyata keçirilən şəffaflıq strategiyasının daha da sürətləndirilməsində müəssisə və təşkilatlarda risklərin idarə olunması, nəzarət və korporativ idarəetmə proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədlərinə xidmət edən daxili auditin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Növbəti kurslar 2018-ci ilin 25 iyun tarixindən 11 iyul tarixinədək “Daxili Auditin planlaşdırılması” proqramı əsasında keçiriləcəkdir. Hazırlıq kursları Ali Audit Qurumlarının Beynəlxalq Sertifikatlı mütəxəssisi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin sədri, sərbəst auditor Fətiyev Üzeyir Cəmil oğlu tərəfindən tədris ediləcəkdir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Sizin nümayəndələrinizi daxili auditor kurslarında iştirak etməyə dəvət edirik. Kursda iştirak ödənişlidir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə;
– Şəxsiyyət vəsiqəsinin surəti.
Əlaqələndirici şəxs: Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdir müavini Aytən Seyidəliyeva ().
Ünvan: S.Y. Bakuvi küç., 35;
Əlaqə telefonları: (012) 564-80-62; 055-866-44-29.
Qeydiyyat üçün son tarix: 2018-ci il 22 iyun.
Mənbə: audit.gov.az