Daxili auditor kadrlarının hazırlanması üzrə növbəti hazırlıq kurslarına start verilir

posted in: Audit, Xəbər | 0
birbank biznes

Daxili auditorAzərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə növbəti hazırlıq kurslarını təşkil edir.

Ölkəmizdə uğurla həyata keçirilən şəffaflıq strategiyasının daha da sürətləndirilməsində müəssisə və təşkilatlarda risklərin idarə olunması, nəzarət və korporativ idarəetmə proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədlərinə xidmət edən daxili auditin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Növbəti kurslar 2018-ci ilin 01 oktyabr tarixindən 26 oktyabr tarixinədək “Daxili Auditin planlaşdırılması” proqramı əsasında keçiriləcəkdir. Hazırlıq kursları “Xalq Sığorta” ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Rzayev Camal Ehtibar oğlu tərəfindən tədris ediləcəkdir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Sizin nümayəndələrinizi daxili auditor kurslarında iştirak etməyə dəvət edirik. Kursda iştirak ödənişlidir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqələndirici şəxs: Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdir müavini Aytən Seyidəliyeva ().

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 055-866-44-29.

Qeydiyyat üçün son tarix: 2018-ci il 01 oktyabr.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email