“Deloitte” auditdə buraxdığı səhvlərə görə rekord məbləğdə cərimələnə bilər

posted in: Xəbər | 0
birbank biznes

Böyük Britaniyanın Maliyyə Hesabatı üzrə Şurası (FRC) proqram təminatının işlənilməsi ilə məşğul olan “Autonomy” şirkətinin auditi zamanı ciddi və təkrarlanan səhvlərə görə “Deloitte” konsaltinq şirkətinə rekord – 15 mln. funt sterlinq (18,9 mln. ABŞ dolları) məbləğində cərimə tətbiq etmək niyyətindədir.

“APA-Economics”in “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu qərar “Deloitte” və şirkətin keçmiş iki partnyoru olan Riçard Nayts və Naycel Merserin ictimai maraqlara təsir edən öhdəlikləri yerinə yetirmədikləri və maliyyə göstəricilərini bilərəkdən artırdıqları qənaətinə gələn FRC-in iclasından sonra qəbul edilib. Dünya audit şirkətlərinin “Böyük dördlüyü”nə daxil olan “Deloitte” 2011-ci ildə “Autonomy”nin “Hewlett-Packard” şirkətinə (HP) satılmasından öncə onun hesablarını 11 mlrd. dollara yoxlayıb. Bir il sonra “Autonomy”nin aktivlərindən 8,8 mlrd. dollar silinib, bunun da 5 mlrd. dolları mühasibat uçotunun pozuntusuna aid edilib.

HP 2015-ci ildə London məhkəməsində “Autonomy”nin qurucusu Maykl Linç və şirkətin keçmiş maliyyə direktoru Şuşovan Hüseynə qarşı iddia qaldıraraq, 5,1 mlrd. dollar məbləğində maliyyə hesabatlarında qəsdən təhriflərə yol verildiyinə görə onlardan kompensasiya tələb edib. Üç il sonra Ş. Hüseyn Böyük Britaniyanın məhkəməsinin qərarı ilə 12 il müddətinə həbs edildi.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email