Vahid büdcə təsnifatı barədə Qərara dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarına dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən daxilolmalar, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar vahid büdcə təsnifatına daxil edilib.


“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1034 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyun tarixli 194 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4.2.5.9.3-cü yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:

1 4 2 5 9 3 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən daxilolmalar
  1. 1.4.2.5.9.4-cü yarımmaddəsindən sonra aşağıdakı məzmunda 1.4.2.5.9.5-ci yarımmaddəsi əlavə edilsin:
1 4 2 5 9 5 Sair xidmətlər üzrə daxilolmalar
  1. 1.4.3.8.0.0-cı paraqrafdan sonra aşağıdakı məzmunda 1.4.3.9.0.0-cı paraqraf əlavə edilsin:
1 4 3 9 0 0 Şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 31 avqust 2020-ci il
№ 317

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email