Dövlət Gömrük Komitəsi illik proqnozun 40%-ni artıq yerinə yetirib

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Gömrük KomitəsiBu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 391 858,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 364 277 min manat və ya 35,45% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 50 784,1 min manat və ya 19,23% artaraq 314 800,4 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 257 784,9 min manat və ya 36,3% artaraq 967 778 min manat, aksizlər 53 639,7 min manat və ya 2,3 dəfə artaraq 96 063,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 068,3 min manat və ya 18,6% artaraq 13 216,8 min manat təşkil edib.

Qeyd edək ki, 2019-cu il ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmanın həcmi 3 451,6 milyon manat təşkil edəcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email