Gələn il Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2%-dək artırılacaq

posted in: Xəbər | 0
birbank biznes

DGK, "Smart Customs" proqram təminatı, risk qiymətləndirməsi, büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük Komitəsi2021-ci ildə Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,2 % həcmində olmaqla 3,9 milyard manat nəzərdə tutulur.

Bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Məlumata görə, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 70 milyon manat və ya 1,8 % çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 508,6 milyon manat və ya 11,5 % azdır.

2021-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:

İdxal olunan mallarla bağlı əlavə dəyər vergisi üzrə daxilolmalar 2,74 milyard manat nəzərdə tutulur. Bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 65 milyon manat və ya 2,4 % çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 264,1 milyon manat və ya 8,8 % azdır. Artımın səbəbi 2020-ci ilə nisbətən qeyri-neft sektoru üzrə idxalın artımla proqnozlaşdırılmasının nəzərə alınması ilə bağlıdır.

İdxal olunan mallarla bağlı aksizlər üzrə daxilolmalar 170 milyon manat nəzərdə tutulur. Bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 30 milyon manat və ya 15 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 79,6 milyon manat və ya 31,9 % azdır. Azalmanın səbəbi makroiqtisadi proqnozlara əsasən bir sıra aksizli malların, o cümlədən siqaretin ölkə daxilində istehsal həcmlərinin növbəti ildə artması və xarici və daxili istehsal üzrə aksizlərin dərəcəsində yaranan fərq ilə əlaqədardır.
Gömrük rüsumları üzrə daxilolmalar 950 milyon manat nəzərdə tutulur. Bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 40 milyon manat və ya 4,4 % çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 159,5 milyon manat və ya 14,4 % azdır. Artımın səbəb cari ilə nisbətən qeyri-neft sektoru üzrə idxalın artımla proqnozlaşdırılmasının nəzərə alınması ilə bağlıdır.

Yol vergisi üzrə daxilolmalar 40 milyon manat nəzərdə tutulur. Bu da 2020-ci ilin proqnozu ilə 5 milyon manat və ya 11,1 % az, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 5,4 milyon manat və ya 11,9 % azdır. Yol vergisi üzrə cari ilə nisbətən azalmanın əsas səbəbi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəyə daxil olan xarici avtonəqliyyat vasitələrinin sayının azalmasının nəzərə alınması olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email