Gömrük Komitəsinin yığımları 2 milyard manatı keçib

posted in: Xəbər | 0
birbank biznes

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiAltı ayda Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 2 milyard manatdan çox olub.

Bu sözləri Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Komitə sədri bildirib: “İdxal əməliyyatlarının ümumi mənzərəsi deməyə əsas verir ki, idxalımızın həcmi 2015-ci illə müqayisədə eynilik təşkil edir. 2015-ci illə müqayisə apardığımız zaman sırf qabaqlayıcı tədbirlər üzrə həm gömrük orqanlarının, həm vergi xidmətində apardığınız islahatların nəticəsi olaraq idxalın həcminin eyni olduğunu görürük.

Lakin buna baxmayaraq, əgər büdcə daxilolmaları 2015-ci ildə 700 milyon manat idisə, bu il 2 milyard 19 milyon manata çatır. Bu da kölgə iqtisadiyyatı və korrupsiya ilə mübarizə istiqamətində aparılan uğurlu islahatların nəticəsidir. İqtisadiyyatımızda bugünkü çətin bir vəziyyətdə gömrük xidməti tərəfindən 2 milyard 19 milyon manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”.

Mənbə: fed.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email