Dispanserin baş mühasibi “ölü canlara” görə ittiham olundu

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Məhkəmə Saratov vilayəti dövlət səhiyyə idarəsinin “Vərəmə qarşı Volskiy dispanseri”nin baş mühasibi Yana Barinovaya qarşı ittiham qərarı çıxarıb.

Cinayətin üstünü sözügedən tibb müəssisəsində yoxlama aparan yerli prokurorluq orqanı açıb. Məlum olub ki, 39 yaşlı Barinova 2016-cı ilin dekabr ayında öz tanışını saxta yolla iqtisadçı vəzifəsinə işə düzəldib. Rəfiqəsi isə özünün yeni iş yerini ümumiyyətlə, tanımayıb. “Ölü cana” görə mühasib 100 min rubldan çox vəsait mənimsəyib.

Volskiy şəhər istintaq komitəsi Barinovaya qarşı Rusiya CM-nin 292-ci maddəsinin birinci hissəsilə (xidməti saxtakarlıq) cinayət işi qaldırıb. İstintaq mərhələsində qadın öz təqsirini səmimi şəkildə etiraf edib və bu məsələyə əlavə sənədlər bazası daxil olunmaması ilə bağlı xahiş ərizəsi təqdim edib. 2017-ci il dekabrın 19-da keçirilən məhkəmə, qadını 36 min rubl miqdarında cərimə edib.

Bundan əlavə, məhkəmə qərarının yerinə yetirilməsi üçün Barinovaya məxsus 70 min rublluq əmlaka da həbs qoyulub.

O da məlum olub ki, Barinova faktiki olaraq həm baş mühasib, həm də iqtisadçı kimi çalışıb, amma, əlavə vəzifəni qeyri-qanuni yolla təşkil edib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email