Rusiyada dördgünlük iş həftəsinin çatışmazlıqları açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

Rusiyada dördgünlük iş həftəsinin çatışmazlıqları açıqlanıb

dördgünlük iş həftəsi, sənaye, vergi, işsiz, pensiya yaşı, əmək haqqı,Dördgünlük iş həftəsinin tətbiqi rusiyalıların gəlirlərinin azalmasına gətirib çıxara bilər. Bu haqda TASS agentliyinə Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin rektoru Aleksandr Safonov məlumat verib.

Mütəxəssisin fikrinə görə, hazırkı şəraitdə iş yerlərinin sayının azalması təkcə əmək haqqının aşağı düşməsinə gətirib çıxarmayacaq. Bu həm də əmək məhsuldarlığının enişinə səbəb olacaq. O, həmçinin qeyd edib ki, dördgünlük iş həftəsinə keçid Rusiya iqtisadiyyatının rəqabətə davamlılığına da neqativ təsir göstərəcək.

Dövlət qulluğu və idarəetmə İnstitutunun (DQİİ) əmək və sosial siyasət kafedrasının professoru Aleksandr Şerbakov öz növbəsində, hesab edir ki, iş günlərinin sayının azaldılması halında əməyin intensivliyinin yüksəlməsi, başlıca problem kimi qarşıya çıxacaq. Belə ki, rusiyalılar gün ərzində on saata kimi işləməli olacaqlar. Onun sözlərinə görə dördgünlük iş həftəsinə keçid həm peşə, həm də ümumi xəstəliklərin artımına gəirib çıxara bilər ki, bu da öz növbəsində yeni epidomoloji xəstəliklərə yol aça bilər.

Bundan əvvəl Dövlət Dumasının əmək və sosial siyasət komitəsinin rəhbəri Yaroslav Nilov (LDPR) bəyan etmişdi ki, koronavirus pandemiyası Rusiyada dördgünlük iş həftəsinin təyin olunmasına yol aça bilər. O, epidemiyanı və məsafədən çalışmaların rusiyalıların iş qrafikinə baxılması ilə bağlı kiçik bir addım ola biləcəyini söyləmişdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email