Dövlət-biznes elektron reyestri Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibinə daxil edilib

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Nəzarət-kassa aparatları Kommersiya idxal gömrük rüsumu məhsullar aksiz vergisi elektron mühasibatlıq vergi gomruk rusumu gömrük rüsumu Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi Borclar İdxal rüsumlarıVahid “G2B” (dövlət-biznes) elektron reyestri bölmə qismində Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibinə daxil edilib.

Bu, Nazirlər Kabinetinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Vahid “G2B” (dövlət-biznes) elektron reyestrə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici sənədlər daxil ediləcək.

Qeyd edək ki, Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli fərmanına əsasən, Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət-biznes) elektron reyestri (Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibində təşkil edilməli idi.

Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılmışdı.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dövlət
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *