Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları və Vahid Tarif Cədvəli ilə bağlı qərarlarda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 15
Bakı şəhəri, 16 yanvar 2018-ci il
“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda
çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr
tarixli 263 nömrəli qərarında dəyişikliklər. edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1138; 2014, № 7, maddə 916, № 8, maddə 1016, № 10, maddə 1325; 2015, № 3, maddə 335, № 6, maddə 775; 2016, № 2 (II kitab), maddə 393, № 3, maddə 626, № 11, maddə 1976; 2017, № 4, maddə 645, № 6, maddə 1234, № 9, maddə 1733; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 491 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. qərara 5 nömrəli əlavə – “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “135”, “120” və “116” rəqəmləri müvafiq olaraq “150”, “135” və “130” rəqəmləri ilə əvəz edilsin;

1.2. qərara 20 nömrəli əlavə – “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “125” rəqəmi “130” rəqəmi ilə əvəz edilsin.

  1. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 14
Bakı şəhəri, 16 yanvar 2018-ci il
“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif
(vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli
106 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 618; 2017, № 4, maddə 673) 1 nömrəli əlavə – “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin “Aylıq tarif (vəzifə) maaşı (manatla)” sütununda “116”, “121”, “126” və “132” rəqəmləri müvafiq olaraq “130”, “132”, “134” və “136” rəqəmləri ilə əvəz edilsin.
  2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                   Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email