Ötən il dövlət büdcəsinin vergi gəlirlərinin 45,4 faizini ƏDV təşkil edib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

EDV beyannamesi ƏDV bəyannaməsi Əlavə Dəyər Vergisi vergi öhdəliyiHesablama Palatası Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir. Bu barədə danışan Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ƏDV dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir və iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alətdir: (EDV)

“2018-ci ildə ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4 faizinitəşkil edən bu vergi növü üzrə inzibatçılıq iki qurum tərəfindən həyata keçirilir.

Hesabat ilində ƏDV üzrə daxilolmanın xüsusi çəkisi Vergilər Nazirliyinin təmin etdiyi ümumi gəlirlərin 26,2 faizini, Dövlət Gömrük Komitəsinin təmin etdiyi ümumi gəlirlərin 68,2 faizini təşkil edib. 2018-ci ilin dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin tərkibində Nazirliyin payı əvvəlki illərə nisbətən daha da azalaraq 45,4 faizə enmiş, Komitənin payı isə artaraq 54,6 faizə yüksəlib”.

Onun sözlərinə görə, hesabat ilində Nazirlik xətti ilə daxilolması təmin edilmiş ƏDV-in məbləği 2017-ci illə müqayisədə 2,7 faiz, Komitə üzrə 32 faiz artıb.

O, qeyd edib ki, son illərdə ölkə üzrə ÜDM-in, eyni zamanda, pərakəndə ticarət dövriyyəsinin yüksəlməsi kimi əlverişli makroiqtisadi amillər fonunda əsas kapitala yönəldilmiş investisiyaların və iqtisadiyyatın kreditləşdirilməsi həcminin səngiməsi müşayiət olunub.

“Bu baxımdan dövlət büdcəsinə təmin edilən ƏDV ilə bağlı qeyd olunan meyil idxal edilən aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olmasını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, Hesablama Palatası əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir”, – deyə Hesablama Palatasının sədri bildirib.

Mənbə: vergiler.az

Həmçinin bax: Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
ƏDV EDV
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir