Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olundu

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin adı məlum olub.

Nazirlər Kabinetinin yeni siyahısında deyilir.

Məlumata görə, Səfər Məmməd oğlu Mehdiyev komitə sədri təyin edilib.

Qeyd edək ki, o bu vəzifədə Aydın Əliyevi əvəz edib.

Mehdiyev Səfər Məmməd oğlu 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantıdır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email