Dövlət qulluqçuları üçün “e-imza”dan istifadə tarifi təsdiqlənib

posted in: Xəbər | 0
birbank biznes

Dövlət qulluqçuları üçün “e-imza”dan istifadə tarifi təsdiqlənib

Azərbaycanda daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan (e-imza) istifadə üzrə tarif təsdiqlənib.

Bu haqda məlumat Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imza və DATA Mərkəzindən istifadə ilə bağlı tariflərin təsdiq edilməsi barədə” qərarında əksini tapıb.

Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün üçillik e-imzadan istifadə üzrə tarif 16 manat (ƏDV) səviyyəsində müəyyənləşib. Bu qərar “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli fərmanının icrası məqsədi ilə qəbul edilib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət qulluqçuları e-imza
Print Friendly, PDF & Email