Bu sənədin başqasına verilməsinə görə 5 manat dövlət rüsumu tutulacaq

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat Uçotu Milli Məclis Əcnəbilərə güzəşt rüsumƏrizələrin və ya digər sənədlərin başqasına verilməsinə görə 5 manat dövlət rüsumu tutulacaq.


Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliklə qanun layihəsinin 10-cu maddəsinin (Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri) 10.20-ci bəndi yeni redaksiyada verilir: “Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə  və ya digər sənədlərin hazırlanmış elektron və ya kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi (hazırlanmış hər səhifəyə görə) bu qanunun 10.1-10.19-cu maddələrində göstərilənlərdən başqa digər notariat hərəkətləri üçün 5 manat dövlət rüsumu tutulacaq.
Sənədin hazırki variantı isə belədir: Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi və bu qanunun 10.1-10.19-cu maddələrində göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün 5 manat dövlət rüsumu tutulur.
Mənbə: apa.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email