Hesablama Palatası: DSMF və vergi orqanları əməkdaşlığı genişləndirməlidir

posted in: Xəbər | 0
birbank biznes

vergi bəyanetməsi, bəyanetmə,“Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsində “Fondun büdcəsinin balanslaşdırılması məqsədilə ayrılan vəsait” anlayışının mövcud normativ-hüquqi aktlara uyğunlaşdırılması zəruridir. Bunu Hesablama Palatası qanun layihəsinə verdiyi rəydə bildirib.

Qurum həmçinin

– Ölkədə dövlət vəsaitləri üzərində hesabatlılığın tamlığının təmin edilməsi, maliyyə inzibatçılığının gücləndirilməsi, həmçinin “Hesablama Palatası haqqında” qanunun tələblərinin icrasına şəraitin yaradılması məqsədilə büdcədənkənar dövlət fondlarının büdcələrinin icrasının, dövlət büdcəsində olduğu kimi, qanunla təsdiq edilməsini, həmçinin bu fondların layihələrinin Milli Məclisə təqdim edilməsi prosesi üzrə normalarının müəyyən olunmasını;
– Məcburi dövlət sosial sığorta haqları ilə bağlı hesabatlılığın gücləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əlaqələndirmə və məlumat mübadiləsinin daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini;

– Fondun gəlirlərinin tədiyyə növləri üzrə düzgün bölüşdürülməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini;

– Fondun büdcəsinin maliyyə dayanıqlılığının artırılması, öz xərclərini öz gəlirləri hesabına ödəmə qabiliyyəti və hətta gəlirlərin xərclərdən artıq hissəsindən məqsədli istifadə baxımından müvafiq büdcələrin öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi və maliyyələşdirmənin də həmin öhdəliklərə müvafiq həyata keçirilməsini;

– Fondun gələcək dövrlərdə maliyyə dayanıqlılığının təmin edilməsi üzrə potensialının müəyyyənləşdirilməsində əsas elementlərdən hesab edilən sığorta ehtiyatlarının tərkibi və onlardan istifadə üzrə hesabatlılığın formalaşdırılması;

– Əlilliyə görə əmək pensiyası hüququnun qazanılması üçün tələb kimi pensiyanın minimum məbləğinin tam deyil, müəyyən faiz nisbəti ilə nəzərə alınması məsələsinə baxılmasını;

– Keçmiş dövrlərdə yaranmış pensiya hüquqları üzrə pensiyaçılara ödənilməli olan vəsaitlərin hesablanması və ödənilməsi istiqamətində hesabatlılığın və inzibatçılığın gücləndirilməsini;

– Məcburi dövlət sosial sığorta haqları vəsaiti hesabına ödənilən müavinətlərin ayrı-ayrı növlərinin maliyyələşdirilməsi üzrə növbəti il üçün proqnozlaşdırılan vəsaitin məbləğinə yenidən baxılmasını tövsiyyə edib.

Rəy Hesablama Palatası Kollegiyasının 22 dekabr tarixli qərarı ilə təsdiq edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email