Dünya iqtisadiyyatına problemlər vəd olunub

posted in: Xəbər | 0
birbank biznes

Yaxın gələcəkdə bir sıra ölkələrdə koronavirus pandemiyasının növbəti dalğaları nəticəsində dünya iqtisadiyyatı yeni problemlərlə üzləşəcək. Filippinin Mərkəzi bankının rəhbəri Bencamin Diokno belə söyləyib. CNBC onun dediklərinə istinad edib.

“Düşünürəm ki, yaxınlarda baş verənlər, hadisələrin qısamüddətli perspektivdə yaxşılığa doğru deyil, pisliyə doğru inkişaf edəcəyini göstərir”, – Diokno belə bəyan edib.

Beynəlxalq valyuta fondunun qiymətləndirməsinə görə, ilin yekunları üzrə dünya ÜDM-i 4,4 faiz aşağı enəcək. Dioknonun qeyd etdiyinə görə, bu hələ optimist proqnozdur.

Dünya peyvəndin başlanılmasından lazımi effekti hələ hiss etməyib, COVİD-19 pandemiyası ABŞ və Avropada iqtisadiyyata artıq yenidən təzyiq göstərməyə başlayıb. Peyvəndin tapılması, dünya iqtisadiyyatının perspektivini yaxşılaşdıracaqş Lakin bu, 2021-ci ilin birinci rübündən əvvəl baş verməyəcək.

İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının (İƏİT) proqnozuna görə, dünya iqtisadiyyatı gələn il əvvəlkindən daha yavaş templərlə bərpa olunacaq. İƏİT-də hesab edirlər ki, dünya ÜDM-i 2021-ci ildə 4,25 faiz və 2022-ci ildə isə 3,75 faiz artacaq. Sentyabrda verilən proqnozda isə göstəricinin növbəti ildə beş faiz artacağı təxmin edilirdi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email