» » » Dünya ölkələrində əmlak vergisi (7-ci hissə)

Dünya ölkələrində əmlak vergisi (7-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

əmlak vergisi Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Portuqaliyada mövcud olan göstəricilərdən bəhs edəcəyik.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ). Bu ölkədə yalnız bir vergi növü mövcuddur. Ərəb əmirliklərində daşınmaz əmlakın satın alınmasından sonra qeydiyyata alınması zamanı 4 faizlik vergi tutulur. BƏƏ-də hətta fiziki və hüquqi şəxslərdən gəlir vergisi belə tutulmur.

Portuqaliya. Bu ölkədə daşınmaz əmlak satın alınarkən 1-6% arası vergi tutulur. Əmlakın qeydiyyatı zamanı 250 avro vergi ödənilir. Yeni əmlak alınanda ƏDV tutulmur. Əmlaka görə illik vergilər 0,4-0,8% təşkil edir. Kapital artımına görə 23% vergi tutulur. Miras və vərəsəlik yolu ilə keçən əmlaka görə vergi ödənilmir. Fiziki şəxslərdən gəirə görə 14,5-48,0%, hüquqi şəxslərdən isə 23% vergi tutulur.

Məqalənin 6-cı hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *