Dünya ölkələrində əmlak vergisi (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Mənzil alarkən mülkiyyət hüququna sahiblənməkdən ötrü vergi (satın alma vergisi) ödəməli olursan, sonra gerb yığımı və ya ƏDV, eləcə də qeydiyyat üçün vergi ödəməlisən. Əmlak sahibləri üçün illik əmlak vergisi də mövcuddur. Əmlakı satmaq istəryərkən isə kapitalın artışına görə, yəni alış və satış qiymətindəki fərqə görə vergi ödəməli olursan. Əksər ölkələrdə eləcə də bağışlanan və ya miras qoyulan əmlaka görə də qohumluq dərəcəsindən asılı olaraq, vergi tətbiq edilir. Belə vergi yalnız Avstriya, Kipr, Latviya, BƏƏPortuqaliyada mövcud deyil. Bundan əlavə, fiziki və hüquqi şəxslər həm də gəlirdən də vergi ödəyirlər. Gəlirdən ən yüksək vergi Sloveniya (maksimal hədd – 50% ), Fransa (49%-ə qədər), Portuqaliya (48%-ə qədər), Böyük Britaniya, Almaniya, Yunanıstan və İspaniyada isə 48%-ə qədər təşkil edir.

Avstriyada əmlakın satın alınması zamanı 3,5% vergi ödənilir. Əmlakın qeydiyyatına görə 1,1%, yeni əmlaka görə ƏDV 20%, əmlaka görə illik 2%, kapitalın artımına görə 25% vergi ödənilir. Bu ölkədə fiziki şəxslərdən 50%, hüquqi şəxslərdən isə 25% vergi tutulur.

Bolqarıstanda əmlakın satın alınması zamanı 3%, qeydiyyatına görə 1,1%, yeni əmlaka görə ƏDV 20%, əmlaka görə illik 2%-ə qədər, kapitalın artımına görə 25% vergi tutulur. Mirasa və ya bağışlanan əmlaka görə vergi tutulmur. Bu ölkədə fiziki və hüquqi şəxslərdən eyni miqdarda 10% vergi tutulur.

Böyük Britaniyada əmlakın alışı zamanı 0-15%, qeydiyyatı üçün 0,04-0,15%, əmlaka görə illik 200-2500 funt sterlinq,  kapitalına artımına görə 18-28%, mirasa və ya vərəsəlik yolu ilə keçən əmlaka görə 0-40% vergi ödəməlisən. İngiltərədə fiziki şəxslər 20-45%, hüquqi şəxslər isə 23% vergi ödəyirlər.

Növbəti sayımızda digər ölkələrdəki vergilər barədə məlumat verəcəyik.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *