» » » Dünya ölkələrində vergilərin miqdarının müqayisəli təhlili

Dünya ölkələrində vergilərin miqdarının müqayisəli təhlili

posted in: Məqalə, Vergi, Xəbər | 0
Print Friendly, PDF & Email

Bir sıra ölkələrdə mütərəqqi gəlir vergisi şkalasını tətbiq edib-etməmək, aztəminatlı vətəndaşları vergilərdən azad edib-etməmək barədə mübahisələr gedir. Rusiyanın “Аргументы и Факты” nəşri bu verginin dünyada necə hesablandığını araşdırıb.

Həmin yazını sizin  diqqətinizə çatdırırıq.

Dünyada elə xoşbəxtlər var ki, ümumiyyətlə vergi ödəmirlər. Bunlar neftlə zəngin ölkələrin (BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt), Baham və Bermud adaları, Monako knyazlığı və başqa dövlətlərin vətəndaşlarıdır.

Rusiya və Şərqi Avropanın bir sıra ölkələrində – səthi vergitutma şkalası tətbiq edilir. Yəni, istənilən gəlirə malik insanlar  üçün tarif eynidir. Rusiyada və Belorusda bu 13%, Litvada 15%, Ukraynada 18% təşkil edir. Ən aşağı tarif Qazaxıstandadır, bu ölkədə gəlir vergisi 10% təşkil edir. Lakin, ölkələrin əksəriyyətində mütərəqqi gəlir vergisi şkalası tətbiq olunur: qazanc nə qədər çoxdursa, tarif də bir o qədər yüksək olur.

Birinci tarif üzrə gəlirləri ildə 9235 dolları ötməyən şəxslər ayda 769 dollar vergi ödəyirlər. İkinci – illik gəlirləri ildə 418.400 dollardan başlayan adamlar ayda 34,5 min dollar vergi ödəyirlər. Bu limit tənha adamlar üçündür. Əgər, vergi ailəli cütlüklər üçün hesablanırsa, onda gəlirlər limiti başqa cür olacaq. Əgər, özünüzün və ya uşaqlarınızın təhsil haqqını ödəyirsinizsə, eviniz varsa və daşınmaz əmlaka görə vergi və ya banka ipoteka kreditinə görə faizlər ödəyirsinizsə, onda ödədiyiniz bu məbləğlər gəlir vergisi ödənişlərdən çıxılacaq.

Amerikan vergisinin fərqli xüsusiyyəti isə ondan ibarətdir ki, həmin vergi həm federal büdcəyə, həm də ştat büdcəsinə ödənilir.

Federal vergilər hamı üçün məcburidir, amma ştatların bəziləri fiziki şəxslərdən tutulan vergiləri ləğv ediblər. Bu, o demək deyil ki, həmin ştatlarda həyat çox ucuzdur. Adətən gəlir vergisinin mövcud olmaması, digər yüksək məcburi vergilərlə kompensasiya olunur.

Britaniya gəlir vergisini fərqləndirən əsas cizgi isə orada fiziki şəxslərdən tutulan vergiyə cəlb olunmayan məbləğin mövcudluğudur.

2017-ci ildə yaşı 65-dən aşağı və illik gəliri 100 min funt strelinqə qədər olan şəxslər üçün vergiyə cəlb olunmayan məbləğ 11 min funt sterlinq təşkil edir. Yəni, illik gəlirdən həmin məbləğ çıxılır və yerdə qalan hissə vergiyə cəlb olunan baza hissəsi hesab olunur. Tariflər isə belədir: 33,5 min funt sterlinqə kimi 20%, 150 min funt sterlinə kimi 40%, 150 min funt sterlinqdən yüksək olan illik gəlirlərə görə 45% faiz təşkil edir.

 

Vergidən qaçmaq

Fransa ən sərt vergi sisteminin mövcud olduğu ölkələrdən biri hesab olunur. Fransızlar vergi yükünün ağırlığından daim şikayətlənirlər, bəziləri isə bunun üzündən başqa ölkələrə qaçırlar və vergiləri orada ödəyirlər.  Gəlirləri barədə bəyannaməni fransızlar adətən fevral ayında doldururlar və yerli vergi orqanlarına poçtla göndərirlər. Həmin bəyannamədə mütləq şəkildə bütün növ gəlirlər göstərilməlidir: əmək haqqı, müavinət, mənzil icarəsindən daxil olan mənfəət və başq. Bütün məbləğlər dəqiqliyi ilə göstərilməlidir, çünki vergi orqanları onsuz da qeyd edilməmiş gəlirləri üzə çıxaracaqlar və bu aşkar edildikdə, yalan məlumata görə iri məbləğdə cərimə gözlənilir.

Fransada gəlir vergisinin başlıca fərqli cəhəti ondan ibarətdir ki, bu ölkədə vergi məbləği konkret fiziki şəxsdən deyil, ev təsərrrüfatından, yəni, ailədən tutulur.

Tənha adamlar bir nəfərdən ibarət ailə hesab olunur. Və vergilərin hesablanması üçün əmsal tətbiq olunur – 1.

Əgər, ailə ər və arvaddan ibarətdirsə, əmsal 2 olacaq. Bir uşağı olan evli cütlüklər üçün əmsal 2,5 və s. olacaq. Gəlirlərin ümumi məbləği bu əmsala bölünür və yalnız bölündükdən sonra alınan məbləğdən vergi tarifi hesablanır.

Bu isə o deməkdir ki, Fransada subay və övladsız olmaq heç sərf etmir. Belə adamlar üçün vergilər maksimum dərəcədə yüksək olacaq.

Ailədə uşaq nə qədər çoxdursa, vergilər bir o qədər aşağı olacaq. Yeri gəlmişkən, bu, həm də ölkədə doğumun dəstəklənməsinə yönəldilən bir siyasətdir.

Bundan əlavə, vergitutmaya cəlb olunan bazanı və vergi məbləğini digər üsullarla da aşağı salmaq olar. Misal üçün, xeyriyyəçilik ilə bağlı üzvlük haqları ödəməklə və ya orta və kiçik biznesə sərmayə yatırmaqla buna nail olmaq mümkündür. Eləcə də uşaqların bağçada və ya məktəbdə təhsil haqqını ödəməklə, iş bacarığı olmayan qohumları himayədə saxlamaqla, evdə enerjiyə qənaət edən cihazlar satın almaqla və s. Tariflərə gəldikdə, illik gəlirləri 9710 avro (və ya aylıq 809 avro) olan ev təsərrüfatları vergiyə cəlb olunmurlar.

İllik gəlirləri 26 min avroya kimi olan (və ya aylıq 2234 avro) ev təsərrüfatları 14% tarifi ilə, 71 898 avro gəlirləri olanlar 30%, 152 898 avroya kimi gəlirləri olan ev təsərrüfatları 41%, 152 260 avrodan yüksək olan gəlirlərə görə isə yenə də 41% vergi ödəyirlər. Bundan əlavə, varlı fransızlar həm də əlavə vergilər də ödəyirlər. 250 min avrodan 500 min avroya kimi gəlirlərdən 3%, 500 min avrodan yüksək olan gəlirlər üçün isə 4 faiz miqdarında əlavə vergi ödənilir. Milyonerlədən tutulan, yəni, 1 milyon avrodan yüksək gəlirləri olan varlı şəxslər nəzərdə tutulur, məşhur vergi isə ləğv edilib. Bu verginin ləğvinə qədər dövlət həmin insanların gəlirlərinin 75 faizini əllərindən alırdı.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *