Dünyada işsizliyin tarixi səviyyəsi proqnozlaşdırılıb

posted in: Xəbər | 0
birbank biznes

BMT ekspertləri koronavirus pandemiyası səbəbi ilə bütün dünya üzrə iş yerlərinin geniş miqyasda ixtisara düşəcəyini proqnozlaşdırıblar. Bu haqda sözügedən təşkilatın hesabatında məruzə olunub ki, həmin məlumat barədə RİA Novosti agentliyi xəbər verib. Koronavirus pandemiyasının doğurduğu böhran dünya iqtisadiyyatını tarixi işsizlik səviyyəsi ilə resessiyaya sürükləyir, mütəxəssislər belə bəyan ediblər. Onların proqnozlarına görə, 195 milyondan çox adam (tam iş dərəcəsi hesabında) yalnız cari ilin ikinci rübünə görə öz iş yerlərini itirə bilərlər.

COVİD-19 pandemiyası məşğulluq və həyat səviyyəsi sahəsində böhrana gətirib çıxarıb. Özü də bu zaman pandemiyadan ən çox kiçik və orta müəssisələr, kənd təsərrüfatı işçiləri, özünüməşğulluq sahəsində çalışanlar, muzdlu işçilər, qaçqınlar və mühacir-işçilər zərər görüblər. Eləcə də turizm və mədəniyyət sənayesi, həmçinin xidmət sahələri də çox ciddi zərbə alıblar.

Bundan əvvəl ABŞ prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Kevin Hassett bildirmişdi ki, ölkəsini Böyük depressiya dövrü səviyyəsindəki işsizlik gözləyə bilər. Həmin vaxt işsizlik 25 faiz səviyyəsinə yüksəlmişdi. “Yeni böhranın eyni səviyyəni təkrar etmək şansı çox böyükdür. Çünki hazırda təkcə 10 gün ərzində işsizliklə bağlı müavinət almaq üçün müraciət edənlərin sayı bunu deməyə əsas verir. Belə ki, 10 gün ərzində əvvəlki 10 ayda olduğu qədər adam, işsizlik müavinəti almaq üçün qeydiyyatdan keçib”, – o, belə söyləyib.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email