Dünyanın müxtəlif ölkələrində uşaq müavinətləri (I hissə)

Dünyanın müxtəlif ölkələrində uşaq müavinətləri (I hissə)


Uşaq doğulanda dövlət müavinət ödəməklə ailəni maddi cəhətdən dəstəkləyir. Hər bir ölkədə müavinətlərin miqdarı fərqlidir. Bəzi ölkələrdə, məsələn, BƏƏ və ya Küveytdə, ödəmələrin miqdarı çox yüksək olur. Bu da cütlüklərin çoxuşaqlı ailələrə üstünlük verməsini şərtləndirən əsas amillərdən birinə çevrilir. Lakin MDB ölkələri məkanında bunu söyləmək mümkün deyil. Çünki sözügedən ölkələrdə həmin müavinətlərin məbləği çox azdır və ya ümumiyyətlə yoxdur.

ABŞ-da uşaqlara görə verilən müavinət

Amerika qanunvericiliyi uşağın doğulmasına görə müavinətin verilməsini nəzərdə tutmur. Amma buna görə vergi güzəşti mövcuddur. Həmin güzəşt məbləği 1000 dollar təşkil edir. Yaxın vaxtlarda isə məbləğin 1600 dollara kimi qaldırılacağı nəzərdə tutulur.

Böyük Britaniyada uşaqlara görə verilən müavinət

İngiltərədə uşaqlar 16 yaşına çatana kimi onlara həftəlik müavinət verilir. Eyni zamanda əgər uşaq təhsil alırsa, onda həmin müavinət 20 yaşına kimi ödənilir. Böyük uşağa və ya yeganə övlada görə həftədə 20,7 funt sterlinq (təxminən 44 manat), digər uşaqlara görə isə 13,7 funt sterlinq (təxminən 29 manat) müavinət ödənilir.

Almaniyada uşaqlara görə verilən müavinət

Ölkə vətəndaşları uşaqlar 18 yaşına çatana kimi müavinət alırlar. Bu zaman əgər yeniyetmə məşğulluq mərkəzində qeydiyyatdadırsa və hələ iş tapa bilməyibsə, bu zaman müavinət 21 yaşına çatana kimi ödənilir. Əmək qabiliyyəti olmayan vətəndaş 25 yaşına kimi müavinət alır.

Müavinətin aylıq həcmi: Birinci və ikinci uşağa görə – 192 avro, üçüncü uşağa görə 198 avro və sonrakı uşaqlara görə 223 avro pul ödənilir. (1 avro = 1.84 AZN).

Fransada uşaq müavinətləri

Uşaq doğulan zaman dövlət 927 avro və övladlığa qəbul etmə zamanı isə 1855 avro birdəfəlik müavinət ödənilir. Bundan əlavə, uşaqlar 3 yaşına çatana kimi aylıq müavinət də mövcuddur. Həmin müavinətin həcmi valideynlərin qazancından asılı olaraq 92 avrodan 185 avroya kimi təşkil edir.

İkinci və sonrakı uşaqların doğumundan sonra müvainət onlar 21 yaşına çatana kimi ödənilir. İki uşağa görə verilən aylıq müavinət 130 avro, üç uşağa görə 297 avro, dörd uşağa görə isə 464 avro təşkil edir.


2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *