» » » Dünyanın ən bahalı valyutaları

Dünyanın ən bahalı valyutaları

posted in: Məqalə, Xəbər | 0

valyutaDünyanın ən bahalı valyutaları

Dünyada ən bahalı valyuta hansılardır?

Son illərdə dünyada bu sahədə Küveyt dinarı liderlik edir.

  1. Küveyt dinarı

Küveyt – İran körfəzi sahilində böyük neft və qaz ehtiyatları olan kiçik dövlətdir. Milli valyuta öz adını Roma imperiyası dövründə dövriyyədə olan sikkənin adından götürüb. Müasir dövrdəki Küveyt dinarı 1996-cı il aprelin 1-də dövriyyəyə buraxılıb.

Həmçinin bax: Ölkə başçılarının illik maaşları nə qədərdir???
  1. Bəhreyn dinarı

İkinci yerdə Bəhreyn dinarı qərarlaşıb. Bəhreyn – kiçik ada dövlətdir, monarxiya quruluşuna malikdir. Artıq 10 ildir ki, dinar sıx şəkildə ABŞ dollarına bağlanıb. Dinarın kursu tamamilə amerikan valyutasının kursundan asılıdır.

  1. Oman rialı

Oman dünyanın ən qədim dövlətlərindən biridir, bu dövlətin adı hələ VII əsrdə xalqı idarə etmiş ilk şeyxlərin sülaləsindən götürülüb. Oman rialı min bayzdan ibarətdir. Oman rialı da güclü şəkildə ABŞ dolları ilə əlaqəlidir.

  1. İordaniya dinarı

Reytinq üzrə dördüncü yerdə İordaniya dinarı – milli valyutası dayanır. Dövlət inkişaf edib və maliyyə planında da çox güclüdür. Ölkə iqtisadiyyatı tam şəkildə sənayeyə və kənd təsərrüfatına əsaslanır. İordaniya dinarı digər bahalı valyutalar kimi güclü şəkildə ABŞ dollarının kursundan asılıdır.

  1. Böyk Britaniya funt sterlinqi

Reytinqdə beşinci yerdə funt sterlinq – Böyük Britaniyanın valyutası qərarlaşıb. Funt həmçinin ən populyar dünya valyutalarının top yeddiliyinə daxildir. Funt sterlinqin ilk əskinasları 1694-cü ildə çap olunaraq dövriyyəyə buraxılıb.

  1. Kayman adaları dolları

Kayman adaları Britaniya ərazisi hesab olunur və Karib dənizində yerləşir. Hazırda Kayman adaları – bu ada, ən məşhur və populyar ofşor zonalarından biridir. Kayman dolları dövriyyəyə 1972-ci ildə dövriyyəyə buraxılıb. O, daha çox funt sterlinqə bağlı valyutadır.

  1. Avro

Avrozonaya daxil olan 17, daxil olmayan 9 dövlətin valyutası hesab olunur. Avrovalyuta dünya ictimaiyyətinə 1999-cu ildə nümayiş etdirilib. Bu günkü gündə də avro Avropa bazarında öz stabil mövqeyini qoruyub saxlamaqdadır.

  1. İsveçrə frankı

İsveçrə haqlı olaraq bir neçə qürurlu ad daşıyır. İsveçrə ən stabil və dünyanın ən varlı dövlətlərindən biridir. Ölkənin bank sistemi artıq neçə yüzilliklərdir ki, ən möhkəm və dayanıqlı bir sistem kimi tanınır. İsveçrə frankı isə etibarlı valyuta hesab olunur.

  1. ABŞ dolları

Amerikan valyutası dünyada ən populyar valyuta hesab olunur. Dünyada mal, məhsullar və xidmətlərə görə ödənişlərin 50 faizindən çoxu bu valyutada həyata keçirilir. Neft bazarında isə bütün sövdələşmələr, alış və satış tam şəkildə dollarla parılır.

Həmçinin bax: 1 iş saatına görə ödəniş edən ölkələrin reytinqi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *