Düşmən ölkədə vergi sistemi barədə

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Ermənistanın vergi sistemiErmənistanın vergi sistemi iki səviyyəlidir. Bütün vergilər iki kateqoriyaya ayrılır:

  • Dövlət vergisi
  • Yerli vergilər

Gəlirdən tutulan vergi. Bu birbaşa vergidir və onu hüquqi şəxslər ödəyirlər. Vergiyə – ölkə ərazisində və onun hüdudlarından kənarda (qeyri-rezidentlər üçün), eləcə də erməni mənbələrindən daxil olan (bu da qeyri-rezidentlər üçün) gəlirlər cəlb olunur. Bu verginin vergi dərəcəsi vergi tutulan mənfəətin 20%-ni təşkil edir.

Gəlir vergisi. Bu da birbaşa vergidir və o, fiziki şəxslər tərəfindən ödənilir. Burada da vergi obyekti olaraq həm ölkə daxilində, həm ölkə xaricində (qeyri-rezidentlər üçün), eləcə də erməni mənbələrindən qeyri-rezidentlər üçün daxil olan gəlirlər çıxış edir. Burada mütərəqqi vergi stavkası tətbiq olunur ki, onun da ən aşağı həddi 24,4% təşkil edir.

Aksiz vergisi. Dolayı vergi növüdür. Vergi obyekti kimi aksizə cəlb olunmuş mallar çıxış edir. Həmin mallara spirtli içkilər, tütün və neft məhsulları daxildir. Stavkalar məhsulun növündən asılı olaraq fərqlənir. Misal üçün, şərablardan ötrü minimal olaraq onun qiymətinin 10%, maksimal olaraq isə bəzi bir sıra spirtli içkilər üçün 55% təşkil edir.

ƏDV. Dolayı vergi hesab olunur, ölkəyə məhsul gətirilərkən, istehsalatda, müxtəlif malların dövriyyəsi, eləcə də ölkə daxilində xidmətlər zamanı tutulur. Bu vergi həm hüquqi şəxslər, həm də sahibkarlar tərəfindən ödənilir. ƏDV stavkası ümumi qaydaya uyğun olaraq malların (xidmətlərin) dövriyyəsindən asılı olaraq 20% təşkil edir.

Dövlət vergisinə dair siyahıya daxil olan vergilər ümumidir, bütün ölkə ərazisində məcburidir və yerlərdə onunla bağlı müzakirələrə yol verilmir.

Yerli vergilər. Yerli vergilər haqqında Qanuna görə vergilərdən daxil olan bütün pullar bələdiyyə rayonunun büdcəsinə yatırılır. Yerli vergi stavkaları da bələdiyyələr tərəfindən müəyyənləşdirirlir.

Yerli vergilərə bunlar aiddir:

  • Mülkiyyət vergisi. Birbaşa vergidir və mülkiyyət sahibləri tərəfindən ödənilir. Vergi obyekti olaraq müxtəlif daşınmaz əmlak və nəqliyyat vasitələri sahibləri çıxış edir. Hər iki mülkiyyət növü üzrə mütərəqqi vergi stavkası tətbiq olunur. Daşınmaz əmlakdan ötrü bu onun dəyərindən asılı olur. Nəqliyyat vasitəsi üçün isə onun gücündən.
  • Torpaq vergisi. Birbaşa vergi növüdür. Bu vergini qanuni torpaq sahibləri ödəyirlər. Burada vergi obyekti rolunda – torpaq sahələrinin kadastr qiymətləri çıxış edir. Vergi stavkası torpaqların kateqoriyasından asılı olur.

Bundan əlavə, Ermənistanda otel və nəqliyyat vasitələrinin parkinqi üçün də yerli vergi növü mövcuddur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email