Azərbaycanda mərkəzləşdirilmiş e-informasiya sistemi yaradılacaq

posted in: Xəbər | 0
birbank biznes

informasiya Azərbaycanda mərkəzləşdirilmiş e-informasiya sistemi yaradılacaq. Yeni sistem ölkədə idarəetmə sisteminin səmərəliliyinin artırılmasını təmin edəcək.

Azərbaycanda modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər aparılır. Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə ehtiyac hiss olunurdu. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı fərman da qeyd olunan məsələlərin həlli istiqamətində atılan mühüm addım kimi qiymətləndirilməlidir.

Fərmana əsasən, ölkədə idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, bir sıra qurumların fəaliyyətində səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında «Mərkəzləşdirilmiş elektron informasiya sistemi» (MEİS) yaradılacaq. Sənəddə bildirilir ki:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədilə «e-sosial» internet portalının üç ay müddətində yaradılmasını təmin etsin;
  • məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədilə MEİS-də məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
  • portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görsün;
  • Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində MEİS haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
  • portal haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
  • pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
  • fərmandan irəli gələn digər tədbirləri görsün.
  • Fərmandan irəli gələn tapşırıqlara uyğun olaraq, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi portalın və bu fərmanda nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onlarla digər dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlərin göstərilməsinin «Elektron hökumət» portalı vasitəsilə təşkili üçün tədbirlər görməlidir.
  • Sənədə əsasən, Nazirlər Kabinetinə:
  • əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
  • portalın və bu fərmanda nəzərdə tutulan altsistemin yaradılması və saxlanması ilə bağlı xərclərin maliyyələşdirilməsini iki ay müddətində təmin etmək;
  • Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
  • Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək;
  • mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək;
  • bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
  • Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Mənbə: vergiler.az

Həmçinin bax: Nizamnamə kapitalı 723.000 manat olan ASC yaradıldı


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email