E-kassa istifadəçilərinin hüquq və vəzifələri

posted in: Xəbər | 0
birbank biznes

E-kassaE-kassa istifadəçilərinin qanunvericiliklə müəyyən edilən aşağıdakı hüquqları var: vergi orqanlarında müəyyən edilmiş qaydada uçota alınması üçün e-kassanın müəyyən olunmuş modelini sifariş vermək; e-kassanın istismara hazırlığını, servis texniki xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə sahələrarası ekspert komissiyasına təkliflər vermək; vergi orqanlarının və e-kassa operatorunun səlahiyyətli nümayəndəsinin qeyri-qanuni hərəkətləri barədə qanunla müəyyən olunmuş qaydada şikayət vermək.

E-kassa istifadəçilərinin vəzifələri portalın “E-kassa istifadəçiləri” alt-menyusunda təqdim olunmuşdur.

Cərimələr

Qanunvericilikdə nəzərdə tutulduğu kimi, topdansatış ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni e-kassalar və ya ciddi hesabat blankları tətbiq olunmadan (e-kassa quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən e-kassalardan istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq edilmiş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim olunmalı bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, e-kassadan istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

     – təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;

     – belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;

     – təqvim ili ərzində belə hallara üç və daha çox yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: e-kassa.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
e-kassa
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir