E-kassa nədir?

posted in: Xəbər | 0
birbank biznes

E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. E-kassa vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir.

E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.

E-kassa tətbiqi ilə bağlı dəyişikliklər

Tətbiqindən əvvəl

Tətbiqindən sonra

Uçot prosesi Nəzarət kassa aparatının uçota alınması və uçotdan çıxarılması vergi ödəyicisi (istifadəçi) tərəfindən Servis Texniki Xidmət Mərkəzlərindən (STXM) alınmış akt ilə vergi orqanına müraciət əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. E-kassanın uçota alınması və uçotdan çıxarılması e-kassa operatoru tərəfindən vergi ödəyicisinin (e-kassa istifadəçisinin) müraciəti əsasında həyata keçirilir.
Məlumatların ötürülməsi Məlumatların hesablar formasında ötürülməsi nəzərdə tutulmuşdur. Məlumatlar real vaxt rejimində nəzarət mexanizmi qurğusu vasitəsilə Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.
Çek nümunəsi Çek nümunəsinin yalnız kağız daşıyıcıda təqdim olunması nəzərdə tutulmuşdur. Çek forması kağız daşıyıcıda, həmçinin QR kod (və unikal identifikator) vasitəsilə electron formada təqdim olunur.
Cərimələr Nağd pul hesablaşmalarının aparılması qaydalarının görə: il ərzində birinci dəfə yol verdikdə – 400, ikinci dəfə – 800; üç və daha çox – 1.200 manat cərimə nəzərdə tutulmuşdur. (Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün müvafiq olaraq – 2.000, 4.000, 6.000 manat). Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə cərimələr: il ərzində birinci dəfə yol verildikdə – 1.000, ikinci dəfə – 3.000, üç və daha çox dəfə – 6.000 manat təşkil edir.

 

Yeni ifadələr

E-kassa – malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmaların qeydiyyatında istifadə edilən avadanlıqlardır. Məhz bu sistem hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emalı, saxlanılması və internet bağlantısı yaranan kimi Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsini real vaxt rejimində təmin edir.

Nəzarət mexanizmi qurğusu – malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.

E-kassa operatoru – e-kassanın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna sertifikatın yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis texniki xidmətlərin göstərilməsini həyata keçirən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.

Akt – e-kassanın uçota alınması və uçotdan çıxarılması, quraşdırılması, servis-texniki xidmətin göstərilməsi, habelə nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi zamanı tərtib edilən sənəddir. Həmin sənəd e-kassa operatoru tərəfindən portal üzərindən qeydiyyata alınmaqla formalaşdırılır.

Açıq açarın texnoloji sertifikatı (və ya sertifikat) – e-kassa və nəzarət mexanizmi qurğusunun zavod nömrəsi, VÖEN, obyektin kodu, obyektin ünvanı, sertifikatın buraxılış və bitmə tarixinin e-kassa istifadəçisinə aid olduğunu təsdiqləyən və Vergilər Nazirliyi tərəfindən göndərilən elektron fayldır.

Açıq açar – açıq açar kriptosistemində yalnız konkret nəzarət mexanizmi qurğusuna aid olan və qapalı açara birləşdirilmiş, hər kəsə məlum olan açardır.

QR-kod (quick response code) – optik ştrix-kod, malın sürətli məlumat kodudur. Xüsusi qurğu vasitəsilə oxunan ştrix-kod çekin bütün məlumatlarını keçid mənbədə əks etdirir.

Unikal identifikator (fiskal İD) – çekdə onaltılıq say sistemi üzrə simvollardan ibarət olan və kassa əməliyyatları məlumatı əsasında, kriptoqrafik informasiya mühafizəsi vasitəsindən istifadə etməklə nəzarət mexanizmi qurğusu tərəfindən tərtib edilmiş rəmzi sətirdir.

Mənbə: e-kass.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email