fbpx

E-kassanın üstünlükləri

posted in: Xəbər | 0
birbank biznes

E-kassa-nın üstünlükləri

Məlumatların online ötürülməsi.

E-kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması və xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar real vaxt rejimində nəzarət mexanizmi qurğusu vasitəsilə Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür. E-kassa tərəfindən, fiskal məlumatları özündə birləşdirərək kriptoqrafik mühafizə vasitəsilə formalaşdırılan və üzərində QR-kod və unikal identifikator (fiskal İD) qeyd edilən çek Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.

Kriptoqrafiyanın tətbiqi

Şifrələmə proseduru, adətən, müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin olunmalıdır. Kriptoqrafik alqoritmlərdən əsasən, kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Yəni, kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə, kriptoqrafik prosedurlardan (unikal identifikatorun formalaşdırılması) istifadə olunur.

Yeni çek formaları

E-kassa tərəfindən formalaşdırılan yeni çek formasının üzərində aşağıdakı əsas məlumatlar əks olunmalıdır:

– Vergi ödəyicisinin adı;

– VÖEN;

– Çekin vurulma tarixi və saatı;

– Təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

– Malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

– Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

– E-kassanın markası və zavod nömrəsi;

– E-kassanın fiskal rejiminin nişanı (əlaməti);

– Malın sürətli məlumat kodu (quick response code).

Yeni çekin əsas üstünlüklərindən biri üzərində qeyd edilən QR kod (və unikal identifikator) vasitəsilə müştərilərin, yəni istehlakçıların, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilməsi və ƏDV məbləğinin bir qisminin istehlakçıya qaytarılması imkanının yaradılmasındadır.

 Təhlil imkanları

Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.

Mənbə: e-kassa.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-kassa
Print Friendly, PDF & Email
error: Content is protected !!