E-kassanın növləri hansılardır?

posted in: Xəbər | 0
birbank biznes

E-kassaƏhali ilə nağd və nağdsız hesablaşma üçün istifadə edilən e-kassa funksional xüsusiyyətləri və əməliyyat qabiliyyətlərinə görə aşağıdakı qruplardan birinə uyğun olmalıdır:

– 1-ci qrup – proqram aparat növlü e-kassalar;

– 2-ci qrup – portativ proqram növlü e-kassalar.

E-kassaların hər iki qrupu operator tərəfindən quraşdırılmış e-kassa ilə birgə verilən hesablama qurğusuna əsaslanır. Portalın “E-kassanın tərkibi” bölümündəki bütün tələblərə cavab verir.

Qeyd olunan tələblərlə yanaşı, 1-ci qrup, yəni proqram aparat növlü e-kassalar müxtəlif qiymətli istiqrazlar və metal pul kütlələri (sikkə) üçün nəzərdə tutulmuş çəkməcəli pul qutusuna malikdir.

2-ci qrup, yəni portativ proqram növlü e-kassalar öz enerji mənbəyi oduğundan, xarici enerji mənbələrinə qoşulmadan ən azı 4 saat ərzində davamlı fəaliyyəti göstərə bilir. Bunun üçün də e-kassaların bu növü avtonom enerji mənbəyi ilə təchiz olunmalıdır.

Mənbə: e-kassa.gov.az

Print Friendly, PDF & Email