E-kassanın sertifikatlaşdırılması

posted in: Xəbər | 0
birbank biznes

E-kassaların sertifikatlaşdırılmaya təqdim edilməsi e-kassa operatoru tərəfindən həyata keçirilir. (elektron kassa)

İlk olaraq e-kassa operatoru e-kassaların sertifikatlaşdırılması üçün portal üzərindən ərizə ilə Vergilər Nazirliyinə müraciət edir.

E-kassanın sertifikatlaşdırılmasına dair ərizə təsdiq olunduqda, e-kassa operatoru sahələrarası ekspert komissiyasına qanunvericilikdə nəzərdə tutulan əlavə məlumatları təqdim edir.

Vergilər Nazirliyinin müqavilə əsasında cəlb etdiyi uyğunluğu qiymətləndirən qurum sahələrarası ekspert komissiyasının tapşırığına əsasən e-kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs tərəfindən təqdim edilmiş e-kassa modelinin nümunəsinin texniki sınağını və sertifikatlaşdırılmasını 30 gündən gec olmayaraq “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirir və bu barədə sahələrarası ekspert komissiyasına məlumat verir.

Modelin dövlət reyestrinə daxil olunmasından sonra e-kassa operatoru portal üzərindən şəxsi kabinetinə daxil olur və e-kassanın bu modelinin zavod və ya seriya nömrələrini müvafiq reyestrə daxil edilməsi üçün təqdim edir.

Dövlət reyestrinə daxil edilməyən e-kassa modelinin uçota alınması həyata keçirilə bilməz.

Mənbə: e-kassa.gov.az

Bax: İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron kassa
Print Friendly, PDF & Email