E-qaimə fakturalarla rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

elektron qaimə-faktura E-qaimə fakturalarE-qaimə fakturalar ilə rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb.

Ötən ilin ilk 5 ayında elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələrin xüsusi çəkisi 59 faiz olub. Bu ilin müvafiq dövründə isə daha 10 faiz artım qeydə alınıb. Bu, ölkə üzrə dəyər zəncirinin qurulmasına və dövriyyələrin şəffaflaşmasına imkan verib.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, elektron qaimə-fakturaların tətbiqi həm idxal olunan malların, həm də ölkə daxilində istehsal edilən malların satış dövriyyələrinin əhəmiyyətli şəkildə “ağarmasına” şərait yaradıb:

“E-qaimə fakturalar birmənalı şəkildə bütün sahibkarlıq subyektlərində tətbiq edilir. İaşə, pərakəndə ticarət – haradakı kassa aparatlarının tətbiqi məcburidir. O sahələrdə istehlakçılara mallar, işlər, xidmətlər təqdim olunarkən orada qaimə-fakturaların tətbiqi nəzərdə tutulmur. Yəni elektron qaimə-fakturalar sahibkarlıq subyektləri arasındakı əməliyyatlara aiddir və bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə tənzimlənir”.

Elektron qaimə-fakturaların 2017-ci ilin aprelindən ƏDV ödəyiciləri, 2018-ci ilin yanvarından isə digər vergi ödəyiciləri üçün tətbiq olunduğunu xatırladan N.Şirinov deyib ki, artıq Azərbaycanda kağız qaimələr tam şəkildə aradan qaldırılıb.

Baş direktor elektron qaimə-fakturaların sahibkarlar üçün çox mühüm üstünlüklər yaratdığını da diqqətə çatdırıb. Natiq Şirinov deyib ki, kağız daşıyıcıda olan qaimə-fakturaların tamamilə aradan qaldırılması və əməliyyatların rəsmiləşdirilməsinin elektron qaydada aparılması sahibkarların işini daha da asanlaşdırıb:

“Əvvəllər sahibkarlar kağız qaimələri sifariş etmək üçün mətbəələrə müraciət edirdi. Bu da həm vaxt itkisinə, həm də maliyyə məsrəflərinə səbəb olurdu. Artıq belə bir elektron xidmətin istifadəyə verilməsi, e-qaimə fakturaların bütün ölkə üzrə tətbiqi həm sahibkarlar tərəfindən məmnunluqla qarşılanır, həm də Vergilər Nazirliyi tərəfindən dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır”.

Mənbə: vergiler.az

Bax: 

Vergi və DSMF hesabatları birləşdirilir

Minimum aylıq əmək haqqının artırılmasının müəllimlərin maaşına təsiri

Vergi işçilərinin maaşları artırılıb

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email