E-qaimə tətbiqində bu dəyişikliklər tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

E-qaimə tətbiqində bu dəyişikliklər tətbiq ediləcək

seminar məlumat mübadiləsi xitam E-qaiməVergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə iqtisadçı ekspertlər və sahibkarların ictimai birlikləri arasında görüş keçirilir
İyunun 27-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində e-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri, bu zaman ortaya çıxan problemlər və onların həlli yolları ilə bağlı “dəyirmi masa” işə başlayıb. Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, iqtisadçı ekspertlər, sahibkarların ictimai birlikləri, “böyük dördlük” nümayəndələri, sahibkarlar və onların mühasibat uçotu məsələləri ilə məşğul olan əməkdaşları və mühasiblər iştirak edirlər.
Tədbirin açılışında çıxış edən Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov e-qaimə-fakturanın tətbiqi sahəsində mövcud vəziyyət barədə məlumat verib, vergi ödəyicilərinin bu sahədə rastlaşdıqları problemlərin həlli istiqamətində görülən işlər barədə danışıb. Bildirib ki, e-vergi hesab-fakturası anlayışının Vergi Məcəlləsindən götürülməsi və vahid e-qaimə-fakturanın tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflər hazırlanır. O, həmçinin, vergi qanunvericiliyinə dəyişikliklər çərçivəsində yeni bir layhə kimi malların elektron alış aktının tətbiqinin planlaşdırıldığını da diqqətə çatdırıb.
Tədbirdə iqtisadçı ekspertlər, müxtəlif şirkətlərin nümayəndələri təcrübə zamanı ortaya çıxan problemlər və çətinliklər barədə fikirlərini bölüşüb, bu məsələlərin həlli ilə bağlı təkliflərlə çıxış ediblər.
Təkliflərə münasibət bildirən N.Şirinov qeyd edib ki, ekspert cəmiyyətinin və sahibkarlar təşkilatlarının təqdim etdiyi təkliflər əsasında vergi inzibatçılığında bir sıra dəyişikliklərin aparılması qərara alınıb. Artıq malları təqdim edən tərəf elektron qaimə-fakturanı ləğv etmək istədikdə, alan tərəfə 5 (beş) iş günü ərzində münasibət bildirmək imkanı əldə edəcək. Elektron qaimə-fakturada malların “bar kodları”nı əks etdirən sütun əlavə ediləcək. E-qaimə tərtb edilən zaman malgöndərənin (satıcı) bank rekvizitlərinə dair məlumatları seçmək imkanı olacaq. Agentin həyata keçirdiyi əməliyyatlar e-qaimə-fakturada nəzərə alınacaq. E-qaimə bölməsində “Reyestr” üzrə axtarış zamanı bir günlük limit artırılacaq, həmçinin göndərilən paketlərdəki qaimə sayı çoxaldılacaq. Paket səhv göndərilibsə, paketin özünü ləğvetmə imkanı olacaq.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *