E-qaimədə bir neçə mal növünü bir sətirdə qeyd etmək mümkündür?

posted in: Xəbər | 0
birbank biznes

qaiməSual: Ticarət təşkilatları malları satarkən, bir buraxılışda müxtəlif sayda (10, 50, 100 və s.) mal satır. Fərz edək ki, ticarət təşkilatının ixtisaslaşmış proqram təminatı yoxdur, var olsa da, mövcud e-qaimə sistemi ilə online inteqrasiya edilməsinə icazə verilmir. Paketləyib e-qaimə sisteminə transfer edilməsinə də istifadəçinin icazəsi yoxdur. Nəticədə e-qaiməni əllə doldurmağa məcburdur. E-qaiməni sətir məlumatlarını dolduranda mal qrupunu daxil edib, malın adı sahəsində bir qələmlə “Müxtəlif mallar” daxil edərək qaimənin yekun məbləğini “Yekun sahəsinə yazıb keçmək olarmı?

Cavab: Bildiririk ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən elektron qaimə-fakturanın tərtibatı zamanı, o cümlədən də hər bir malın (işin, xidmətin) adı, ölçü vahidi, miqdarı, buraxılış qiyməti, məbləği, aksiz məbləği və ƏDV-si göstərilməlidir. Göründüyü kimi, sorğunuzda qeyd olunan şəkildə elektron qaimə-fakturanın tərtib olunması müvafiq Qaydaların tələblərinə uyğun deyildir.

Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email