E-qaimələr əməliyyat növləri üzrə fərqləndiriləcək

posted in: Xəbər | 0

e-qaiməE-qaimələr əməliyyat növləri üzrə fərqləndiriləcək


Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov sahibkarlarla görüşdə bildirib ki, əlverişli biznes mühitinin yaradılması məqsədilə güzəştlərin verilməsi düşünülmüş addımdır. Hər bir güzəşt məqsədli şəkildə verilir: “Güzəşt müddəti bitdikdən sonra yaranmış aktivlik hesabına digər əməliyyatlar – istər əmək münasibətləri, istərsə də dövriyyələrin və istehsalatın artması baxımından büdcə daxilolmalarının artmasında özünü göstərmiş olacaq”.

N.İmanov maliyyə sanksiyaları ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edib ki, yeni tətbiq ediləcək maliyyə sanksiyaları, habelə məbləğləri artırılan maliyyə sanksiyaları üzrə pozuntu halına görə ilk dəfə vergi ödəyicilərinə 1 il müddətində xəbərdarlıq ediləcək. Növbəti dəfə isə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulub. Burada əsas məqsəd sahibkarların dəyişikliklərə adaptasiyasını, eləcə də vergi və digər dövlət orqanları arasında münasibətlərin tam şəkildə formalaşmasını təmin etməkdir.

Qeyd olunub ki, hazırlanmış qanun layihəsi üzrə gələcəkdə agent qaydasında, o cümlədən turizm sektorunda təqdim edilən xidmətlərə görə agentin elektron qaimə-fakturasının verilməsi nəzərdə tutulur: “Bu addım vergi orqanı ilə sahibkar arasındakı münasibətlərin daha sadə və çevik olması üçün atılır. Yəni agent qaydasında satış həyata keçirən vergi ödəyicisi elektron qaimə-faktura verirsə, vergi orqanı onu dərhal gəlir kimi tanımamalıdır. Sahibkarlar öz məhsulunu, xidmətini satırsa, adi qaydada qaimə-faktura verəcək. Xidmətlər agent qaydasında göstərildikdə isə agentin qaimə-fakturası təqdim edilməlidir”.

Bununla yanaşı, ticarət sektorunda da e-qaimələr çeşidləndiriləcək. N.İmanov bildirib ki, inzibatçılığın təkmilləşdirilməsi, əməliyyatların elektronlaşması və sahibkarlar tərəfindən istifadə edilən elektron qaimə-fakturaların konkret əməliyyat üzrə fərqləndirilməsi sahibkarlar üçün daha rahat və əlverişli şərait yaradacaq, əlavə yazışmalara ehtiyac qalmayacaq.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *