Sahibkarlara e-ticarətlə bağlı təlimlər keçiləcək

posted in: Xəbər | 0
birbank biznes

“My broker” şirkəti 2019-cu ildə 500-dən artıq sahibkara ixrac prosedurları, logistika, sənədləşdirmə işləri, eləcə də gömrük rəsmiləşdirilməsi ilə bağlı təlim keçib. Şirkətin direktoru İlqar Vahabov kiçik və orta sahibkarlarla ixrac prosedurları və qaydaları ilə bağlı xüsusi təlim və seminarların keçiriləcəyini bildirib: (e-ticarət,təlimlər)

“Sahibkarların tələbatını yerinə yetirmək üçün elektron ixracat məsələsini gündəmə gətirərək bununla bağlı araşdırmalar aparmışıq. Bu sahədə Türkiyədə yaxşı təcrübə qazanmış “Worldef” şirkəti ilə birgə Bakıda kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlərə biznesin e-ticarət, ixracat kimi sahələri barədə xüsusi təlimlər, seminalar təşkil olunacaq. Bununla Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasına dəstək verəcəyimizi düşünürük”.

İ.Vahabovun sözlərinə görə, yerli məhsulların istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlıq subyektlərinin həmin məhsulların dünyada tanıdılması, marketinqinin qurulması, beynəlxalq sertifikatların alınması, sərgilərdə iştirak etməsi kimi məsələlər barədə maarifləndirilməsinə, dövlət qurumları ilə münasibətlərin əlaqələndirilməsinə ehtiyac var:

“İqtisadiyyat Nazirliyinin xətti və AzPROMO-nun dəstəyi ilə sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif ixrac təşviqi sərgilərində iştirak edəcəklər. Sərgidə iştirak üçün şirkətlərin xərclərinin 50 faizini dövlət ödəyir”.

Sahibkarların ixracla bağlı üzləşdikləri çətinliklər sırasında beynəlxalq sertifikatların alınmasının olduğunu deyən İ.Vahabov iş adamlarını “Azexport” portalının ixrac imkanlarından yararlanmağa çağırıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
e-ticarət, təlimlər
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir