ƏDV alıcıya necə qaytarılacaq?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVVergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ticarət və xidmət müssisələrində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin müştəriyə qaytarılması nəzərdə tutulur. Belə ki, ödənişi Pos-terminallar (nağdsız) ilə həyata keçirənlər 18% olan əlavə dəyər vergisinin məbləğinin 15%-ni, nağd edənlər isə 10%-ni geri alacaqlar.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ƏDV-nin geri qaytarılmasına başlamaq üçün ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən (onlayn) kassaların quraşdırılması başa çatdırılmalıdır:

“Bu ildən etibarən ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən nəzarət kassa aparatları quraşdırılacaq. Artıq test rejimində bir neçə yanacaqdoldurma məntəqəsində və ticarət müəssisəsində onlayn kassalar quraşdırılıb. Çalışırıq ki, ilin sonunadək bu işləri başa çatdıraq”.  

Sahib Ələkbərov qeyd edib ki, əlavə dəyər vergisi sadə və avtomatik şəkildə geri qaytarılacaqdır. Həmçinin ƏDV-ni geri almaq istəyən mütləq kart sahibi olmalıdır:

“Alıcı gəlir ticarət şəbəkəsinə – malı aldı, çeki vuruldu və ya POS terminal vasitəsilə ödəniş aparıldı – avtomatik olaraq rəqəmlər Nazirliyin bazasında əks olunacaqdır. Çalışırıq ƏDV-nin qaytarılması avtomatik rejimdə olsun. Alıcınını çeki harasa aparması, orada yoxlanılması və ƏDV-nin geri qaytarılması olmayacaqdır. Təxminən 15 gün müddətindən sonra (alınmış mal geri qaytarıla bilər) qaytarılacaq məbləğ alıcının kartına köçürüləcəkdir. Burada nağd ödənişdən söhbət gedə bilməz. Qaytarılan əlavə dəyər vergisi kartlara otuzdurulacaqdır”.

Mənbə: marja.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email