fbpx

Bu ölkədə ƏDV-dən azad məhsulların siyahısı genişləndirilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVBu ölkədə ƏDV-dən azad məhsulların siyahısı genişləndirilib. (EDV)

Ölkədə istehsal edilən qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlara verilmiş güzəştə əsasən, onlar əlavə dəyər vergisindən azad ediliblər.

Hökumətin qəbul etdiyi qərarda ƏDV-dən azad edilmiş məhsulların siyahısına mal, qoyun və toyuq əti daxil edilib. Güzəşt həmçinin bu il oktyabrın 1-dək xaricdən idxal olunan mal-qara və quşlara da aiddir. Bu ayın əvvəlində Prezident Şavkat Mirziyoyevin apardığı müşavirədə kənd təsərrüfatı məhsullarının emalı və qida məhsullarının keyfiyyətinin yüksəldilməsi müzakirə edilmişdi. Özbəkistanın dövlət rəhbəri müşavirədə qeyd etmişdi ki, kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, saxlanılması, emalı, qablaşdırılması və ixracı ilə məşğul olan mərkəzlərin sayının artırılması zəruridir.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email
error: Content is protected !!