ƏDV məbləği ödənilib, əsas məbləğ ödənilməzsə əvəzləşməyə icazə verilirmi?
-
-
ƏDV ödənildikdən sonra hansı müddətdə əsas məbləğ ödənilməlidir?
-
Əgər hansısa müddət varsa və bu müddətdə ödənilməyibsə hər hansı bir maliyyə sanksiyası varmı?
-
Ödənilmiş ƏDV əvəzləşdirmədə iştirak edə bilərmi?
-
Əgər iştirak edə bilmirsə, lakin əvəzləşmə artıq həyata keçirilibsə, buna görə maliyyə sanksiyası varmı?
-
Belə ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:
– verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;
– malın (işin, xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;
– alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;
– vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.
Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq verginin əvəzləşdirilməsinə əsas verir.
Göstərilən tələblərə əsasən ödənilən ƏDV məbləğinin büdcədən əvəzləşdirilməsinə vergi qanunvericiliyində məhdudiyyət qoyulmur.
Bax: Vergi Məcəlləsinin 58.6-cı və 175-ci maddələri.
Mənbə: taxes.gov.az