ƏDV məqsədləri üçün online qeydiyyat

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Xidmətin adı: ƏDV məqsədləri üçün online qeydiyyat

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

  • VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

  • VM-nin 157-ci maddəsi
  • AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
  • NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
  • VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş  “ƏDV məqsədləri üçün onlayn qeydiyyat” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer:

  • İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

  • VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti:

  • Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

  • ərizənin icraya qəbul edilməsi haqqında bildiriş
  • ƏDV məqsədləri üçün Bildiriş (e-qutuya  göndərilir) Kağız daşıyıcısında alınması üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə müvafiq vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email