ƏDV ödəyiciləri barter edən zaman əvəzləşmə necə aparılır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

əvəzləşməSual: İstehsal müəssisəsinin aldığı mal materialı satan hüquqi şəxs (malsatan) və həmin istehsal müəssisənin hazır məhsul alıcısı olan hüquqi şəxs (müştəri) eyni bir müəssisədirsə və aldığı mallara görə yaranmış kreditor, satdığı hazır məhsula görə yaranmış debitor, qarşılıqlı vəsait köçürmələri olmadan mal mübadiləsi formasında əvəzləşdirilə bilərmi? Bu zaman ƏDV köçürmələri və əvəzləşmələri hansı qaydada və nə vaxt aparılmalıdır?


Sadələşdirilmiş vergi ödəyicilərinin bir-biri ilə barter yolu ilə alqı-satqısı zamanı vergi yaranır?

Cavab: Sorğunuzda qeyd edilmiş halda iki hüquqi şəxs arasında barter əməliyyatlarının həyata keçirildiyi qənaətinə gələrək bildiririk ki, ƏDV ödəyiciləri olan barter müqaviləsinin iştirakçıları tərəfindən malların təqdim edilməsinə görə tərəflər bir-birinə elektron vergi hesab-fakturası verməlidir. Belə ki, barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir. Eyni zamanda bildiririk ki, vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur.

Bax: Vergi Məcəlləsinin 159.4-cü, 175.1-ci və 176.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email