ƏDV qeydiyyatının məcburi və könüllü olmasını şərtləndirən amillər

posted in: Xəbər | 0

Məcburi və könüllü ƏDV qeydiyyatı

ƏDV müvəqqəti ləğv edilir, qeydiyyatının ləğv edilməsi, EDV, xərc, ƏDV-dən azad, ƏDV öhdəliyi, EDV, fiziki şəxsİqtisadçı ekspert Anar Bayramov bu sahədə ortaya çıxan suallara aydınlıq gətirərək bildirib ki, vergi qanunvericiliyinə əsasən, əlavə dəyər vergisi (ƏDV) qeydiyyatının məcburi və könüllü olması şərtlərini belə təsnif etmək olar:

Məcburi ƏDV qeydiyyatı

1) Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları

Dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ƏDV ödəyiciləridir.

2) Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər

1 yanvar 2020-ci il tarixinə kimi bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin ya sadələşdirilmiş vergi, ya da ƏDV ödəyicisi olmaq hüququ var idi. Son dəyişikliyə əsasən, bina tikintisi ilə məşğul olanlar yalnız ƏDV ödəyicisi ola bilərlər.

3) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər

Aşağıdakı vergi ödəyiciləri istisna olmaqla ardıcıl 12 aylıq dövriyyəsi 200.000 manatı keçən vergi ödəyiciləri ƏDV qeydiyyatı üçün ərizə verməlidir:

  • ictimai iaşə müəssisələri;
  • Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər;
  • idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;
  • mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər.

Zəruri qeyd: Yuxarıda göstərilən fəaliyyətlərdən yalnız ictimai iaşə müəssisələrinin 12 aylıq dövriyyəsi 200.000 manatı keçərsə, ƏDV uçotu üçün könüllü qeydiyyat üçün müraciət edə bilər. Digər üç fəaliyyəti həyata keçirənlərin ƏDV ödəyicisi olmaq hüququ yoxdur.

Könüllü ƏDV qeydiyyatı

1) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan az olan şəxslər (ƏDV uçotu ilə bağlı məcburi qeydiyyatı tələb olunanlar və məcburi sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaq şərtilə).

2) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *