Bu halda dövriyyə 200.000 manatı keçsə də ƏDV qeydiyyatına durmaq tələb olunmur

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVSual: Yalnız ƏDV dən azad əməliyyatlar aparan sahibkar, 12 aylıq dövriyyəsi 200 min manatı keçsə Əlavə Dəyər Vergisi qeydiyyatına durmalıdırmı?


Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən şəxslərin ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan vergi tutulan əməliyyatlarını ƏDV-dən azad edilən malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi təşkil etdiyi halda, həmin vergi ödəyicilərinin məcburi qaydada Əlavə Dəyər Vergisi məqsədləri üçün qeydiyyata alınması tələb olunmur.
Eyni zamanda həmin vergi ödəyicilərinin 218.1-ci, 218.4-cü maddələr nəzərə alınmaqla sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığı üçün hüquqi şəxs olduqda mənfəət, fiziki şəxs olduqda gəlir vergisinin ödəyicisi olaraq fəaliyyət göstərməlidirlər.
Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email