ƏDV tutulan əməliyyatın vaxtı

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Əlavə dəyər vergisinin (ƏDV) ödəyicisi olan müəssisə tərəfindən mallar cari ilin iyul ayının 23-də təqdim edilmişdir. Həmin mallara görə elektron vergi hesab-fakturası iyul ayının 25-də verilmiş, alıcı tərəfindən ödəmə isə avqust ayının 2-də həyata keçirilmişdir. Bu halda, ƏDV tutulan əməliyyatın vaxtı necə mğəyyən edilir?

Həmçinin bax: “Sadələşdirilmiş vergi imtiyaza çevrilməməlidir”

Cavab: ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt Vergi Məcəlləsinin (VM) 166-cı maddəsi ilə tənzimlənir. Bu maddədə, başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur (VM, maddə 166.1).

Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur (VM, maddə 176.3).

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd olunanlara əsasən:

ƏDV ödəyicisi olan müəssisənin təqdim etdiyi mallara görə ödəmə 30 gün müddətində həyata keçirildiyindən, ƏDV tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *