ƏDV üzrə vahid inzibatçılıq modeli yaradılacaq?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV Azərbaycanda bir sıra amillər əlavə dəyər vergisi (ƏDV) üzrə büdcə proqnozunun yerinə yetirilməsinə mənfi təsir edir.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2018-ci il dövlət büdcəsi” haqqında qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin Milli Məclisin bu gün keçirilmiş plenar iclasındakı müzakirəsi zamanı bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onun sözlərinə görə, ƏDV-nin malların idxal əməliyyatları üzrə artması, ölkə ərazisində malların (işlərin, xidmətlərin) təqdim edilməsi əməliyyatları üzrə isə azalması meyli vergi orqanları üzrə təsdiq olunmuş müvafiq proqnozların icra olunmaması risklərini artırır.

Ümumiyyətlə, ölkə üzrə istehlakın davamlı artımı şəraitində 2016-cı ildən etibarən dövlət büdcəsinə təmin olunan ƏDV-nin gömrük orqanları üzrə artması, vergi orqanları üzrə isə azalması dinamikası ƏDV üzrə vahid inzibatçılıq modelinin tətbiqini zəruri edir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email