Müasir dünyada effektiv mühasibin top 5 bacarığı

posted in: Mühasib, Məqalə, Xəbər | 0

Sürətli dəyişikliklər və texniki tərəqqi ilə müşayiət olunan müasir zaman istənilən peşəkar fəaliyyətdə uğur qazanmaq üçün ən azı iki başlıca komponenti tələb edir: keyyfiyyətli təhsil və təcrübə. Mühasib peşəsi də bu baxımdan istisna təşkil etmir. Lakin çox vaxt məlum olur ki, bunlar da kifayət etmir. Hazırda mühasiblərin çalışdıqları şərait keçmişdəki vəziyyətdən çox fərqlidir. Dünya dəyişir. Beləliklə, müasir mühasib hansı bacarıqlara malik olmalıdır?

  • Dəyişikliklərə sürətli uyğunlaşmaq bacarığı

Ali məktəbdə qazanılmış bilik yüksək maaşlı iş almaq üçün o qədər də yetərli deyil. Bugünkü əmək bazarının diktə etdiyi şəraitdə, hətta praktik mühasiblərdən ötrü özlərini peşəkar formada saxlamaq çox vacibdir. O səbəbdən, daim ixtisası təkmilləşdirmək mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə uğurlu fəaliyyətin əsas elementi dəyişiklikləri izləmək bacarığıdır. Mühasibə daim öyrənmək və peşəkar bacarıqların sərhədlərini genişləndirmək lazımdır.

  • Qeyri-standart problemlər və məsələlərin unikal həll yollarını tapmaq bacarığı
Mühasiblər öz sahələrində baş verən dəyişiklikləri izləməli və ixtisaslarını artırmağa çalışmalıdırlar. Məhz, buna görə də, onlar ən müxtəlif  həll variantlarını hazırlamağa imkan verəcək aktual biliklərə və səriştələrə malik olmalıdırlar. Mühasibat uçotu bacarıqlarına malik olmaq kifayət deyil – müasir mühasib maliyyə hesabatını “oxumağı”  bacarmalı və müəssisənin iqtisadiyyatının və onun fəaliyyəti ilə bağlı proseslərin kompleks baxışına malik olmalıdır.
  • Ekspertizanın yüksəldilməsi və peşəkar üfüqlərin genişləndirilməsi

Mühasibatlıq elə bir fəaliyyət sahəsidir ki, orada daim müxtəlif dəyişikliklər baş verir: qanunvericilik, vergi xüsusiyyətləri, hesabat formaları, istifadə olunan proqram və s. Öz sahəsində peşəkarlığı qoruyub saxlamaq üçün daim bu dəyişiklikləri izləmək və onlara müvafiq olmaq lazımdır. Mühasibdən ötrü daim öz biliklərini dərinləşdirmək, öz peşəsi sahəsində cari tendensiyaları izləmək və ixtisasını təkmilləşdirmək bir zərurətdir.

  • Yeni bacarıq və istiqamətləri inkişaf etdirmək və mənimsəmək bacarığı

Yeni işə başlayan mühasiblərin daim biliklərinin artırılması, stajlı mütəəssislərin isə öz ixtisaslarını təkmilləşdirmələri üçün bir neçə səbəb vardır: bu daim dəyişikliyə uğrayan qanunvericilik, həm şirkətlərin böyüməsi, genişlənməsi və standartlara və tələblərə uyğun gəlməklə bağlı zərurətlərdir.

Həm də hesab edilir ki, peşəkarlar işdə səhvlərə daha az yol verirlər. Mütəxəssis ixtisasını artırmaqla öz peşəkarlığını təsdiq, inkişaf etdirmək və əmək bazarında daha çox tələb olunan bir mütəxəssis olmaq arzusunu ortalığa qoyur.

  • Öz peşəkar inkişafının və ixtisasın yüksəldilməsinin təsdiqi

Beynəlxalq diplom bütün dünyada həm işəgötürənlər, həm də işaxtaranlar üçün aydın olan peşəkarlığın fərqləndirici bir nişanıdır. Belə bir diplomun olması, yüksək ixtisaslı mütəxəssislər axtaran şirkətlər üçün, habelə məzun olmuş işaxtaranlardan ötrü maraqlı yüksək maaşlı iş axtarışlarında əhəmiyyətli bir rahatlıqdır. Diplomun olması mütəxəssisin yüksək peşəkar səviyyəsini təmin etməyə, mühasibə böyük tələbatı tənzimləməyə, prestij və yüksək əmək haqqı səviyyəsini təmin etməyə imkan verir. Bu günkü əmək bazarının reallıqlarında mütəxəssislərin rəqabət qabiliyyətliliyini təmin etmək üçün sadəcə peşəkarlığın qayğısına qalmaq, mühasibat və vergi uçotu sahəsində bütün yeniliklərlə və tendensiyalarla maraqlanmaq lazımdır.

Bəzən məlum olur ki, mühasib artıq 10 ildir müəyyən bir sahə üzrə işləri aparır. Amma müəssisədə mühasibat uçotunun kompleks təsvirindən heç bir anlayışı yoxdur. Yaxud elə olur ki, istehsal müəssisəsinin uçotunu aparan mühasib ticarətlə məşğul olan müəssisəyə işləməyə keçir və tanımadığı bir sahəyə düşür. Bax, o zaman çətinliklər ortaya çıxır.

Bu gün peşəkar mühasib bacarıqlarını əldə etmək üçün ali təhsil almaq heç də bir zərurət deyildir. Bir çox hallarda ambisiyalı və məsuliyyətli insanlar profil kurslarında oxumaqla istənilən vəzifəni problemsiz alırlar. Təcrübə keçən mühasibdən ötrü isə bu sahədə daim baş verən dəyişiklikləri izləmək və öz ixtisaslarını yüksəltməyə səy göstərmək kifayət edir. Elə kurslar da vardır ki, həm təcrübəli mühasiblərə, həm də təcrübə keçənlər üçün uyğun gəlir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *